Ukraynanın Luqansk vilayətinin Lisiçansk şəhərində dinc sakinlərin Rusiya hərbçiləri tərəfindən atəşə tutması nəticəsində 8 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.

Bu barədə bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

“Bu gün Lisiçanskda dinc əhali tankerdən su yığarkən Rusiya hərbçiləri izdihamı “Uraqan” reaktiv yaylım atəşi sistemləri ilə atəşə tutublar. Nəticədə 8 nəfər ölüb, 21 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb”, – o feysbukdakı hesabında yazıb.

İstinadlar Report