Ukraynada helikopter qəzası baş verib.

Bu barədə ölkənin Fövqəladə Hallar üzrə dövlət xidməti məlumat yayıb.

Qeyd edilir ki, qəza zamanı 1 nəfər həlak olub. Bu, ölkənin keçmiş aqrar siyasət naziri, 43 yaşlı Taras Kutovdur. O, 2016-2018-ci illərdə nazir vəzifəsində çalışıb.

Məlumata görə helikopter Kiyevdən Poltava vilayətinə uçurmuş. Qəzanın başvermə səbəbi açıqlanmır.

İstinadlar Report