Ukraynanın Luqansk vilayətinin Starobelsk şəhərində bir nəfər bank şöbəsində qumbara partladıb. Nəticədə 6 nəfər, o cümlədən polis əməkdaşı xəsarət alıb.

Bu barədə vilayət üzrə polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Partlayış nəticəsində kişi hadisə yerində ölüb. 5 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – deyə polis bildirib.

Yaralılardan ikisi bank işçisi olub.

İstinadlar Report