
Ukraynanın Dnepropetrovsk vilayətində üç minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, bir nəfər yaralanıb.
Bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin regiondakı Baş İdarəsi məlumat yayıb.
“Günorta saatlarında Samar rayonu, Holubivka kəndi yaxınlığında M-18 magistral yolunda yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub”, – məlumatda qeyd olunub. Bildirilib ki, hadisədə üç avtomobil toqquşub: “BMW 520”, “Ford Mondeo” və “Hyundai Tucson”.
Toqquşma nəticəsində üç nəfər ölüb, bir nəfər isə yaralanıb.
Qeyd olunub ki, xilasedicilər xəsarət almış bir nəfəri və 3 nəfərin meyitini deformasiyaya uğramış avtomobillərdən çıxarıblar.
Faktla bağlı araşdırma aparılır.