Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında(TŞ) Ukraynadakı vəziyyətlə bağlı iclas keçirilib.

Iclasda BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença çıxış edib.

O bildirib ki, Ukraynada davam edən müharibədə təkcə mart ayında 57 uşaq öldürülüb.

Diplomat qeyd edib ki, iki il ərzində ümumilikdə 600-ü uşaq olmaqla 10 810 mülki şəxs müharibənin qurbanı olub.

Yença qeyd edib ki, Rusiya hər gün Ukraynanın şəhər və qəsəbələrini atəşə tutur, enerji infrastrukturunu intensiv və sistemli şəkildə hədəfə alır:

“Aramsız hücumlar nəticəsində mülki əhali hədəf alınır və artan itkidən dəhşətə gəlirik. Rusiya BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq həyata keçirdiyi işğal siyasətini davam etdirir”.

İstinadlar Report