Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri, təxribat fəaliyyətində iştirak edən 1600-dən çox insan saxlanılıb.

Bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin məlumat verib.

“Ukrayna ərazisində 164 gün davam edən müharibə zamanı yüzə yaxın təxribat və kəşfiyyat qrupu ifşa edilib, təxribat fəaliyyətində iştirak edən 1600-dən çox insan saxlanılıb. Mən öz feysbuk səhifəmdə tez-tez təxribatçılar və onların şərikləri haqqında yazıram”- deyə, o bildirib.

İstinadlar Report