Ukrayna Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün sorğunun ikinci hissəsinin cavablarını təşkilata təqdim edəcək.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, dialoq zamanı Ukrayna dəniz limanlarının blokdan çıxarılması və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsinə də toxunmaq mümkün olub.

Əvvəllər xəbər verildiyi kimi, Ukrayna Aİ-yə namizəd statusu almaq üçün sorğunun ikinci hissəsini artıq hazırlayıb. Hazırlanmış sənəd Avropa Komissiyasına təqdim olunacaq.

İstinadlar Report