Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bütün ölkələrdəki səfirliklərinin mühafizəsinin gücləndirilməsi ilə bağlı təcili tapşırıq verib.

Bu barədə nazirliyin sözçüsü Oleq Nikolenko feysbukda yazıb.

O həmçinin qeyd edib ki, ölkənin xarici işlər naziri ispaniyalı həmkarından Ukraynanın diplomatik nümayəndəliyinə hücumun araşdırılması ilə bağlı təcili tədbirlər görülməsini istəyib.

Onun sözlərinə görə, D.Kuleba Ukraynanın Madriddəki səfirliyində baş verən partlayışın arxasında dayananların məqsədlərinə nail ola bilməyəcəyini vurğulayıb.

İstinadlar Report