Ukraynada səfərbərlik yaşı məsələsi hələ də ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə müzakirə edilməyib.
Bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxin jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, səfərbərlik yaşı ilə bağlı tərəflər arasında təmasları gözləmək lazımdır: “Təmaslar hələ başlamayıb. Təmaslar başlayanda, hansı məsələlərin müzakirə olunduğunu deyə biləcəyik. Bu barədə danışmaq hələ tezdir”.