Rusiyanın Ukraynaya qarşı müharibədə yeganə üstünlüyü artilleriyadır. Ona görə də Almaniya və digər Qərb ölkələri Ukraynaya ağır silahların verilməsini sürətləndirməlidir.

Bu fikirləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniyanın “Bild” qəzetinə bildirib.

“Onların artilleriya sahəsində üstünlüyü var və bundan maksimum istifadə edirlər, ağır silahlar və müasir artilleriya sistemləri əldə etsək, hadisələrin gedişatını öz xeyrimizə çevirə bilərik”, – Kuleba deyib.

İstinadlar Report