
Ukrayna xarici işlər naziri Dmitro Kuleba Qərb ölkələrini siyasi iradə göstərməyə çağırıb.
O, bu barədə “Röyters”ə müsahibəsində deyib.
D.Kuleba söyləyib ki, Qərb ölkələri hələ də Ukraynaya kifayət qədər hava hücumundan müdafiə sistemi ötürməyib: “Vəziyyəti dəyişmək üçün siyasi iradə lazımdır. Bizə müəyyən qədər havadan müdafiə sistemləri verilib. Biz buna görə tərəfdaşlarımıza təşəkkür edirik. Lakin bu, kifayət deyil”.
Nazirin sözlərinə görə, Ukraynaya dəstəyin gücləndirilməsi sadəcə siyasi iradə məsələsidir: “Qərar vermək lazımdır. Ukrayna qalib gəlməsə, onda müharibə Avropa ərazisinə keçə bilər. Mən heç nəyi şişirtmirəm”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir.