Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışğı olub.

Məlumatı “Tasnim” xəbər agentliyi yayıb.

Bildirilib ki, telefon danışığı zamanı H.Ə.Abdullahian İranla Ukrayna arasında son 30 ildə əlaqələrin dostluq, hörmət və qarşılıqlı əməkdaşlıq üzərində qurulduğunu qeyd edib. O, müqavilələr çərçivəsində Qara dənizdən taxılın daşınması üçün dəhliz yaranmasında İranın iştiraka hazır olduğunu bildirib.

Eyni zamanda, tərəflər ikitərəfli münasibtələrə dair məsələləri də müzakirə ediblər.

Söhbət zamanı Ukrayna XİN başçısı iranlı həmkarını ölkəsinə dəvət edib.

İstinadlar Report