Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 7-ci sanksiyalar paketi üzərində işləməyə hazırdır.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib.

“Mən bu gün altıncı paketin qəbul edildiyi anda yeddinci sanksiyalar paketi üzərində işə başlamağa hazır olduqlarını bildirən bütün Aİ-yə üzv dövlətləri yüksək qiymətləndirirəm. Bu, ruhlandırıcıdır. Ukraynaya dəstək siqnalı aydın idi”, – Kuleba deyib.

O, qeyd edib ki, Rusiya əleyhinə sanksiyaların yeddinci paketi üzərində iş dərhal 6-cı sanksiyaların qəbulu ilə başlayacaq.

İstinadlar Report