Ukraynanın xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizəd göstərilməməsi ilə bağlı öz mövqelərini açıq şəkildə ifadə etdilər. Bununla bağlı müraciətimizi göndərmişik.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radanın hakim Xalqın xidmətçisi partiyasından olan deputatı Yuri Kamelçuk bildirib.

“Biz çox yaxşı başa düşürük, o cümlədən Avropa və beynəlxalq ictimaiyyət də gözəl bilir ki, o həm Rusiyanın özündə, həm də digər qonşu dövlətlərin daxilində terroru maliyyələşdirən şəxsdir. Azərbaycanın daxilində də terroru maliyyələşdirib. Ukraynada gedən müharibə zamanı dat terroru maliyyələşdirən məhz o olub. Ona görə də bu adam bu mükafata qəti layiq deyil. Vardanyana qarşı sanksiyaların lehinə çıxış edən avropalı deputatlar və ABŞ konqresmenləri də bu haqda danışıblar. Nobel Komitəsi onu birdəfəlik bu namizədlər siyahısından çıxarmalıdır. Burada başqa sözə ehtiyac yoxdur “, – deyə, o, əlavə edib.

İstinadlar Report