Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı liderlərinin Ukraynaya namizəd statusu verilməsi qərarını alqışlayıb.

Bu barədə Ukrayna lideri tviterdə yazıb.

“Mən Aİ liderlərinin Ukraynaya namizəd statusu verilməsi qərarını səmimiyyətlə alqışlayıram. Bu, Ukrayna ilə Aİ arasında münasibətlərdə unikal və tarixi məqamdır”, – deyə Ukrayna Prezidenti qeyd edib.

Moldova Prezidenti Maya Sandu da Avropa Şurasının ölkəyə Avropa İttifaqına üzvlüyünə namizəd ölkə statusu verilməsi barədə qərarını tarixi hadisə adlandırıb.