Ukraynanın mədəniyyət və strateji kommunikasiyalar naziri Mıkola Toçitski Kanadanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Natalya Smots və səfirliyin nümayəndələri ilə görüş keçirib.

Bu barədə “İnterfaks-Ukraina” məlumat yayıb.

“Ukraynalıları və kanadalıları ümumi dəyərlər birləşdirir. Kanadaya mübarizəmizə verdiyi dəstəyə görə minnətdarıq”, – Mıkola Toçitski vurğulayıb.

Görüş iştirakçıları Ukrayna və Kanada arasında institusional səviyyədə Rusiya dezinformasiyası və saxta xəbərlərlə mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər.

Kanadanın Ukraynadakı səfiri Natalya Smots qeyd edib ki, “mədəni müqavimət, mədəni kimlik uğrunda mübarizə Ukraynanın qələbə və ədalətli dünya uğrunda mübarizəsində çox mühüm amillərdir və biz hamımız bu məqsədə çatmaqda tərəfdaşıq”.

İstinadlar Report