Ukrayna hərbi yardım çərçivəsində İsveçlə Saab JAS-39 “Gripen” qırıcılarının tədarükü ilə bağlı danışıqlar aparır.

Bunu “Amerikanın səsi” radiosuna müsahibəsində Ukrayna prezidentinin aparatının rəhbərinin müavini İqor Jovkva deyib.

Onun sözlərinə görə, Ukraynaya “Gripen” tədarükü mövzusu ölkə prezidenti Vlolodimir Zelenski tərəfindən İsveç rəsmiləri ilə danışıqlar zamanı mütəmadi olaraq qaldırılıb, lakin Stokholm NATO-ya qoşulmazdan əvvəl heç bir vəd verməyə hazır deyildi.

İstinadlar Report