
Ukrayna və Avropa İttifaqı (Aİ) humanitar yardım göstərmək üçün birgə səyləri gücləndirmək niyyətindədir.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin sədr müavini Volodimir Demçuk Avropa İttifaqının yüksək vəzifəli şəxslərinin Brüsseldə keçirilən beşinci iclasında iştirak edib. O, toplantıda humanitar yardımın ölkənin bərpası ilə birləşdirilməsi, 2025-ci il üçün humanitar ehtiyacların maliyyələşdirilməsi və Aİ-nin dəstəyinin əlaqələndirilməsi məsələləri müzakirə olunub.
Həmçinin Avropa İttifaqının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları Baş Direktorluğunun (DG ECHO – red.) baş direktoru ilə ayrıca görüşdə, xüsusən mülki təhlükəsizliyin təminatı sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.