Ukrayna və ABŞ nümayəndələri orduya hərbi yardım sahəsində əməkdaşlığı müzakirə ediblər.

Bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Telefon söhbətində Prezident Ofisinin rəhbəri Andrey Yermak, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millli iştirak ediblər.

Tərəflər Ukraynadakı vəziyyət, ölkənin cənubunda və şərqində hərbi əməliyyatların gedişi barədə fikir mübadiləsi aparıblar.

İstinadlar Reprot, Report