Ukrayna və ABŞ nümayəndələri yeraltı sərvətlərə dair saziş bağlamaq niyyətlərini göstərən memorandum imzalayıblar.

Bunu Ukraynanın iqtisadiyyat nazirinin birinci müavini Yuliya Sviridenko deyib.

“Biz Ukraynanın Bərpasına İnvestisiyalar Fondu yaratmağa hazırlaşırıq. Müvafiq saziş əhəmiyyətli investisiyalar, infrastrukturun modernləşdirilməsi və Ukrayna ilə ABŞ arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün imkanlar açacaq – komandaların sənəd üzərində işlədiyi məqsəd də budur”, – o bildirib.

İstinadlar Report