Ukrayna hökuməti Türkiyə ilə hərbi əməkdaşlığın başlıca istiqamətlərini açıqlayıb.

Ukrayna Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Boqdan Senik bildirib ki, iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında təcrübə mübadiləsi və birgə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, ukraynalı gənclərin Türkiyə hərbi məktəblərində yiyələndikləri ixtisasların çeşidi daha da artırılacaq.

İki ölkə arasında Qara dənizdəki əməkdaşlığa toxunan Ukrayna rəsmisi Qara dənizdə NATO-nun daimi gəmi birləşmələrinin fəaliyyətində iştirak etmək, hava şəraitinə dair məlumat mübadiləsi aparmaq, Qara dəniz regionunda sülhün, təhlükəsizliyin, sabitliyin artırılması üçün beynəlxalq və region təşkilatları çərçivəsində birgə fəaliyyət göstərmək niyyətində olduqlarını deyib.

Ukrayna və Türkiyə bu il təyyarə, o cümlədən pilotsuz uçuş vasitələrinin istehsalı sahəsində də əməkdaşlıq edəcək. Həmçinin birgə döyüş hazırlığı tədbirləri çərçivəsində Türkiyədə keçirilən “Anatolian Phoenix” və “Anatolian Eagle” beynəlxalq təlimlərdə Ukrayna hərbçiləri müşahidəçi qismində iştirak edəcəklər.

İstinadlar Report