Ukrayna Rumıniyadan elektrik enerjisinin ilk test alışını həyata keçirib.

Bu barədə Ukrayna Dövlət Energetika Şirkəti məlumat yayıb.

“Dövlətin energetika treyderi olan “Ukrayna Energetika Şirkəti” ASC noyabrın 27-də test rejimində Rumıniyadan qeyri-kommersiya məqsədli 1 MVt həcmində elektrik enerjisi idxal edib”, – şirkətin mətbuat xidmətindən bildirilib. Şirkət elektrik enerjisinin idxalı hüququnu noyabrın 24-də milli energetika şirkəti “Ukrenerqo” tərəfindən keçirilən hərracda əldə edib.

İstinadlar Report