Ukrayna Qara dəniz üzərindən taxıl ixracına dair sazişlərin uzadılmasında maraqlıdır.

Bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib.

“Ukrayna ilə taxıl ixracı müqavilələrinin uzadılması Baş katib (BMT-nin Baş katibi Antonio Qutereş – Red) üçün prioritet məsələdir. Onların çox effektiv olduğu və qlobal ərzaq qiymətlərinə böyük təsir göstərdiyi sübut edilmişdir. Bizə açıq şəkildə bildirildi ki, Ukrayna Prezidenti (Volodimir Zelenski – Red) və danışıqlar apardığımız insanlar Baş katibin bu istiqamətdə səylərini dəstəkləməyə davam edirlər” – deyə, o bildirib.

İstinadlar Report