Ukrayna tərəfi üç günlük əks-hücumu gizlətmək üçün Kaxovka su elektrik stansiyasını partladıb.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Kaxovka SES-ə “Olxa” reaktiv yaylım atəş sistemləri ilə atəş açıblar:

“Ukrayna tərəfinə əks-hücumun 3 gününü gizlətmək lazım idi. Orada Ukraynanın iki yüz zirehli maşını və 2 min hərbçisi məhv edilib. Ona görə də hamı Kaxovkadan danışır, itkilərdən yox. Amma hər şey görünür axı”, – Lukaşenko bildirib.