Ukraynanın Müdafiə Qüvvələri Donetsk vilayətinin Soledar şəhərini tərk edərək əvvəldən hazırlanmış mövqelərdə möhkəmlənib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qoşun Qrupunun nümayəndəsi Sergey Çerevatı məlumat verib.

O, belə bir qərarın ukraynalı hərbçilərin həyatını xilas etmək məqsədilə verildiyini izah edib.

“Şəxsi heyəti xilas etmək üçün Müdafiə Qüvvələri Soledardan geri çəkilib, əvvəldən hazırlanmış mövqelərdə möhkəmlənib”, – o bildirib.

Çerevatının sözlərinə görə, ukraynalı hərbçilər qarşıya qoyulmuş tapşırığı yerinə yetirib, düşmənin Donetsk istiqamətində cəbhəni yarmasına imkan verməyiblər.

İstinadlar Report