Ukrayna Silahlı Qüvvələri Rusiyanın dörd təyyarəsini vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Məlumata görə, hava hücumundan müdafiə bölmələri dörd təyyarəni (Su-25, iki Su-30 və bir Su-34) hədəfə alıb.

Həmçinin Rusiyanın dörd komanda məntəqəsi, canlı qüvvə və texnikasının cəmləşdiyi 20-dən çox ərazi vurulub.

İstinadlar Report