
Son sutka ərzində Ukraynanın cənubunda Rusiya ordusunun 5 silah-sursat anbarı dağıdılıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığı məlumat verib.
Qeyd olunub ki, həmçinin Rusiya ordusunun 43 hərbçisi, 3 tankı məhv edilib:
“Son sutkada, həmçinin Xersona vilayətində qarşı tərəfin 1 Su-25 hücum təyyarəsi vurulub”.
Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri Nikolayev və Odessa vilayətlərində Rusiya Ordusunun 2 Şahed-136 kamikadze pilotsuz təyyarəsini məhv edib.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin birgə koordinasiya qərargahının rəhbəri Natalya Qumenyuk qarşı tərəfin son vaxtlar hərbi fəaliyyətlə bağlı problemlərinin olduğunu bildirmişdi.