Ukrayna sərhədçiləri Çerniqovda Rusiya hərbçiləri haqqında informasiya olan disk aşkarlayıblar.
Məlumatı “UNIAN” yayıb.
Bildirilib ki, diskdə Rusiya Silahlı Qüvvələrinin Moskva vilayətindən olan zenit-artilleriya tağımları barədə yüzlərlə giqabaytlıq informasiya yerləşdirilib.
Diskdə Ukraynadakı Rusiya hərbçilərinin ştat vəzifələrinin siyahısı, silahların texniki sənədləri və hərbi texnikaya dair məlumatlar əks olunub.

