Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev ölkənin səhiyyə naziri Teymur Musayevlə görüşüb.
Bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu gün biz səhiyyə naziri Teymur Musayevlə Ukrayna-Azərbaycan əməkdaşlığının səhiyyə sahəsində möhkəmləndirilməsini müzakirə etdik. Birlikdə səhiyyənin keyfiyyətini və əlçatanlığını yaxşılaşdırmağa çalışırıq”, – paylaşımda qeyd edilib.