Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə baş çəkib.
Bu barədə Mərkəzin sosial şəbəkə hesabında bildirilib.
“Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevi ofisimizdə salamlamaqdan çox məmnun olduq”, – paylaşımda qeyd olunub.
Diplomatı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) baş katibi Rövşən Muradov qarşılayıb.