Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri İran istehsalı olan “Shahed-136/131” 38 PUA-dan 29-nu zərərsizləşdirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya hərbçiləri bu hücumları Krım yarımadasından edib. Bir neçə “Shahed”in Odessa vilayətinin İzmail limanına hücumu nəticəsində buraxılış məntəqəsinin binası, anbar, 30-a yaxın yük maşını və 6 irihəcmli yük avtomobilinə ziyan dəyib, iki nəfər yaralanıb.

Məlumata görə, ötən sutkada Rusiyanın 400 hərbçisi zərərsizləşdirilib.

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 276 670 hərbçisi məhv edilib.

İstinadlar Report