27 noyabr Ukraynada Qolodomor qurbanlarının xatirə günü kimi qeyd edilir.

Ukrayna Prezidenti Volodimir Zelenski və birinci xanım Qolodomor qurbanlarının xatirəsini anma tədbirində iştirak ediblər.

V.Zelenski 1932-1933-cü illərdə Qolodomor qurbanlarının xatirəsini ehtiramla yad edib.

Ukrayna lideri bildirib ki, Qolodomor Muzeyinin ikinci mərhələsi faciənin 90-cı ildönümünə qədər tikilməlidir.

Qeyd edək ki, Qolodomor qurbanlarının xatirə günü rəsmi olaraq 1998-ci ildən qeyd edilir.

İstinadlar Report