
Kiyev Qərb ölkələri ilə əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı razılıq əldə edib.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Ukrayna üçün əlavə hava hücumundan müdafiə sistemləri ilə bağlı tərəfdaşlarla artıq razılaşmalar var və bu həllərin bəziləri daha tez işləyəcək, bəziləri isə payıza yaxın reallaşacaq”, – deyə o qeyd edib.
Almaniya Ukraynaya dördüncü “Patriot” hava hücumundan müdafiə sistemi göndərmək imkanını nəzərdən keçirir.