“Zaporejye Atom Elektrik Stansiyasında tarixin ən böyük radiasiya qəzası ola bilər”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müttəfiqlərinin Donor Konfransındakı çıxışı zamanı deyib.

“Sovet hakimiyyəti Çernobıl fəlakətini və onun bütün fəsadlarını gizlətməyə çalışıb. Rusiya hakimiyyət daha təhlükəlidir. Onlar özləri nüvə fəlakəti riskini maksimuma çatdırmaq üçün hər şeyi edirlər və bütün dünyaya yalan danışırlar. Başqasını günahlandırmaq istəyirlər”, – o bildirib.

Zelenskinin sözlərinə görə, Avropanı bu təhlükədən qorumaq lazımdır: “Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyası bizim qitəmizdə ən böyük, dünyada üçüncü Atom Elektrik Stansiyasıdır. Rusiya ordusu bu obyektdən terror və təxribat üçün istifadə edə bilər. Rusiya hərbçiləri bilməlidirlər ki, onlar öz əməlləri ilə bütün Avropanı nüvə fəlakəti təhlükəsi altında qoyurlar”.

Prezidentin fikrincə, Rusiyanın qanadlı raketlərinin Ukraynadakı AES üzərindən hərəkəti təsadüfi deyil: “Bütün bunlar Rusiyanın nüvə terrorizminin təzahürləridir”.

İstinadlar Report