
ABŞ Prezidenti Donald Trampın ölkəsinin Ukraynaya sərf etdiyi 500 milyard dollar vəsaiti geri qaytarması tələbi ciddi söhbət deyil.
Bunu Kiyevdə keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Bu yardımla bağlı aydınlıq gətirmək lazımdır, bizim ABŞ ilə tamamilə fərqli rəqəmlərimiz var. Müharibə bizə 320 milyard dollara başa gəlib. 120 milyard dolları Ukrayna, 200 milyard dolları isə ABŞ və Aİ xərcləyib, bu, silah paketidir. Ümumilikdə ABŞ bizə bu gün üçün 67 milyard dollardan çox silah və 31,5 milyard dollar birbaşa büdcə yardımı edib. Lakin ABŞ-yə 500 milyard dollar qaytarmağımız barədə söhbət ciddi deyil”, – o bildirib.