Ukrayna Prezidenti Volodimir Zelenski ikinci Demokratiya Sammitində iştirak edəcək.

Bu barədə V.Zelenski videomüraciətində bildirib.

“Biz ABŞ-ın təşəbbüsü ilə bu həftə baş tutacaq mühüm beynəlxalq tədbirə hazırlaşırıq. Demokratiya Sammitində Ukrayna da iştirak edəcək”, – Zelenski deyib.

Qeyd edək ki, martın 29 və 30-da ABŞ demokratiyanın dünyada üzləşdiyi çətinlikləri və avtokratik rejimlərə müqavimət yollarını müzakirə etmək üçün ikinci Demokratiya Sammitini təşkil edəcək.

İstinadlar Report