“Hər gün Rusiya təcavüzünə qarşı müharibədə Ukrayna 50-yə yaxın əsgərini itirir”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Gündəlik itkilərlə bağlı hesabatın mövcudluğunu bildirən Prezident deyib ki, Ukrayna ordusunun canlı qüvvə itkilərinin sayı təxminən 50 nəfər civarındadır.

Zelenski həmçinin vurğulayıb ki, ümumilikdə Ukraynanın itkilərinin sayı Rusiyanın itkilərindən 5 dəfə azdır.

Xatırladaq ki, daha əvvəl Ukraynanın müdafiə naziri Oliksiy Reznikov may ayında Ukrayna Silahlı Qüvvələrinin itkilərinin Donbas istiqamətindəki döyüşlərdə pik həddə çatdığını bildirib.

Onun müavini Anna Malyar isə indiyə qədər şəxsi heyət arasında itkilərin ümumi sayının 9 min nəfər olduğunu söyləyib.

İstinadlar Report