
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Donetsk vilayətində qızğın döyüşlərin getdiyini və onun hərbi komandanlıqla daim əlaqədə olduğunu bildirib.
Bu barədə dövlət başçısı axşam videomüraciətində deyib.
“Donetsk vilayəti – şiddətli döyüşlər gedir. Lakin nəticə var və mən bu nəticəni təmin edən hər kəsə minnətdaram! Baxmut – afərin. Addımbəaddım. Hər bir döyüşçümüzə təşəkkürümü bildirirəm”, – ölkə lideri vurğulayıb.