“Meşədən dostumun avtomobilinə atəş açmaqla məni “salamlamaq” zəiflikdir”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski birinci müşaviri Sergey Şefirə sui-qəsdlə bağlı videomüraciətində bildirib.

“BMT Baş Assambleyasında çıxşımdan sonra paytaxta (Kiyevi nəzərdə tutur-red.) yola düşəcəyəm. Açığı bunun (sui-qəsdi nəzərdə tutur-red.) arxasında kimin durduğunu bilmirəm. Hansı qüvvələr ola bilər? Daxili və ya xarici? Mən onları qüvvə saymıram. Çünki meşədən dostumun avtomobilinə atəş açmaqla məni “salamlamaq” zəiflikdir”, – V.Zelenski deyib.

O, cinayətkarlara, böyük maliyyə qruplarına qarşı mübarizədə, ölkə iqtisadiyyatında bərabər şəraitin yaradılmasında komandasının kursunun dəyişməz olduğunu, hadisənin bu prosesə təsir etməyəcəyini vurğulayıb.

İstinadlar Report