
Ukrayna və ABŞ iqtisadi tərəfdaşlıq sazişi üzrə danışıqlarda yaxşı nəticələr əldə ediblər.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
“Baş nazirin birincin müavini Svırıdenko bu gün bu barədə məruzə edib. Əsas hüquqi məsələlər, demək olar, tamamlanıb və bundan sonra, hər şey eyni sürətlə və konstruktiv şəkildə irəliləsə, saziş hər iki ölkəmizə iqtisadi nəticələr verəcək: həm Ukraynaya, həm də Amerikaya”, – Zelenski deyib.
Öz növbəsində, Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka qeyd edib ki, Ukrayna və ABŞ faydalı qazıntılar haqqında saziş üzərində iş çərçivəsində “artıq bu gün” aralıq sənədi imzalaya bilərlər. Bununla belə, o dəqiqləşdirib ki, cari həftədə sənədin yekun mətni hələ olmayacaq.
“Bu həftə aralıq nəticəni yekunlaşdırmaq istəyirlər və bəlkə də artıq bu gün hansısa sənəd imzalanacaq. Memorandum Amerika tərəfinin təklif etdiyi qısa sənəddir. Hazırda son sözlərin razılaşdırılması gedir. Aprelin 24-dən şəxsi görüşlər rejimində danışıqlar yenidən başlanacaq. Buna görə də bu həftə sazişin yekun mətni hələ olmayacaq. İş çoxdur, çünki ABŞ tərəfindən sazişə daxil edilmiş ideyaları, Amerika tərəfinin də etiraf etdiyi kimi, realistik və harmonik olmaları üçün təkmilləşdirmək lazımdır”, – Kaçka vurğulayıb.