Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloqla telefon danışığı zamanı onun Kiyevə səfərini müzakirə edib.

Bu barədə o, sosial şəbəkələrdə paylaşım edib.

“ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsinin ölkəmizə planlaşdırılan səfərini müzakirə etdik. Ədalətli və dayanıqlı sülh Ukrayna üçün prioritetdir”, – A.Yermak qeyd edib.

Bundan əlavə, o, K.Kelloqla cəbhədəki vəziyyəti və Ukrayna mülki əhalisinin təhlükəsizliyi məsələsini, həmçinin fevralın 14-16-da keçiriləcək Münxen Təhlükəsizlik Konfransında gözlənilən görüşlər barədə müzakirə apardığını bildirib.

İstinadlar Report