“Taxıl sazişi”nin vaxtının uzadılmasına çalışacağıq”.

Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “Bloomberg”a müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı danışıqlar aparılır: “Biz Ukrayna limanlarından taxıl ixracı üçün mandatın uzadılmasına ümid edirik”.

M.Podolyak müzakirələrin çətinliklə davam etdiyini söyləyib və nəticənin nə vaxt əldə olunacağı ilə bağlı suala konkret cavab vermək istəməyib: “Biz Rusiya ilə birbaşa danışıqlar aparmırıq”.

Qeyd edək ki, “Taxıl sazişi”nin vaxtı gələn ay, noyabrda başa çatacaq.

İstinadlar Report