“Rusiya Silahlı Qüvvələri referendum keçirmək istədikləri ərazilərdə nəzarəti saxlaya bilməyəcəklər”.

Bunu Ukrayna Prezident Ofisinin müavini İqor Jovkva deyib.

Onun sözlərinə görə, qarşı tərəf daim saxta səsvermə tarixini dəyişir: “Amma mən bu barədə danışmaq istəmirəm. Çünki biz belə bir referendumun keçirilməyəcəyinə əminik. Bu ərazilər Rusiyanın nəzarətində olmayacaq”.

İqor Jovkva vurğulayıb ki, Kreml özü də səsvermənin keçiriləcəyinə əmin deyil. O hesab edir ki, Rusiya məhz buna görə də tez-tez referendumun keçiriləcəyi tarixi dəyişir.

İstinadlar Report