“Donetsk və Luqanskı hərbi yolla azad edəcəyik”.

Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

Onun sözlərinə görə, Ukrayna “referendumlar”a və Rusiya hərbi-siyasi rəhbərliyinin nüvə silahından istifadə ilə bağlı hədələrinə baxmayaraq, Rusiyanın müvəqqəti işğal etdiyi bütün əraziləri geri qaytarmaqda qərarlıdır.

Podolyak bildirib ki, Rusiya yaxın günlərdə Ukraynanın işğal etdiyi Donetsk, Xerson, Luqansk və Zaporojye vilayətlərinin ilhaqını elan etsə, döyüş meydanında heç nə dəyişməyəcək: “Biz ərazimizi hərbi yolla azad edəcəyik”.

Ukrayna rəsmisi vurğulayıb ki, ölkəsi üçün işğal olunmuş torpaqları azad etmək həyati əhəmiyyətlidir: “Əks halda Rusiya özünü Avropaya qarşı amansız müharibənin qalibi hesab edəcək”.

İstinadlar Report