Ukrayna Ali Radasının bu gün keçirilən iclasında 18-25 yaş arası kişilərin səfərbərliyə alınması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı mübahisə yaranıb.

“Report”un Şərqi Avropa bürosunun iclasda iştirak edən əməkdaşının verdiyi məlumata görə, spiker Ruslan Stefançuk bildirib ki, qanun layihəsinə bu gün axşam müvafiq komitədə baxılacaq.

O qeyd edib ki, hazırda önəmli məsələ cəbhədə geriləmənin qarşısını almaq üçün səfərbərlikdə yaranan boşluğun doldurulmasıdır.

Deputat Oleksiy Qonçarenko isə etiraz edərək bildirib ki, hazırda hüquqi qarışıqlıq ucbatından 18-25 yaş arası sağlamlıq imkanları məhdud minlərlə gənc döyüşlərə səfərbər olunublar:

“Onlar qanunda yaranan boşluq ucbatından oradadırlar. Komandirlər də tələb edirlər ki, orduya sağlam çağırışçılar lazımdır. Amma biz onları artıq geri çağıra bilmərik. Bunun qarşısını almaq qanunda nəzərdə tutulmalıdır”.

Spiker isə cavabında bildirib ki, buna bu gün komitədə, sabah isə plenar iclasda deputatlar qərar verəcək.

İstinadlar Report