“Xarkov vilayəti ərazisində şiddətli döyüşlər davam edir. Rusiya qoşunları Xarkovdan geri oturdulub və bəzi yerlərdə sərhədə çəkilib”.

Bu barədə Ukrayna Prezident Ofisi sədrinin müşaviri Aleksiy Aretoviç bildirib.

“Ukrayna Silahlı Qüvvələri yaxınlaşıb, deyirlər artıq hardasa (Xarkov vilayətində Rusiya Federasiyası ilə sərhədə – red.) gəlib çatıblar. Başa düşmək lazımdır ki, məlumatlar gec alınır.

Onlar məğlub olan qoşunların bir hissəsini Rusiya Federasiyası ərazisinə apardılar, bir qismini Luqansk istiqamətinə keçirdilər, bir qismini isə “LXR” və “DXR”dən səfərbər olunanlarla əvəz etdilər. Amma sərhəd artıq təhlükəsiz zona deyil. Münaqişə bununla bitməyəcək”, – Arestoviç deyib.

Onun sözlərinə görə, Rusiya qoşunları sərhəddən atəş açır.

İstinadlar Report