
Fevralın 6-da Ukrayna hərbçiləri Almaniya istehsalı olan “Leopard” tanklarında təlimlərə başlayacaq.
Bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.
“Biz tam başa düşürük ki, bizə nə qədər, nə vaxt, hansı ölkə nə (tank – red.) verəcək. Sabahdan, bazar ertəsindən Ukraynadan kənarda, “Leopard”da tank heyətlərinin təliminə başlanılacaq”, – o qeyd edib.