
Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus daha 41 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı yayıb.
Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.
Məlumata görə, ötən sutka ərzində Rusiyanın 450 hərbçisi zərərsizləşdirilib.
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 279 890 hərbçisi məhv edilib.