Ukrayna ordusu ötən gecə Rusiyanın 32 pilotsuz uçuş aparatını (PUA), 15 artilleriya qurğusunu və bir hava hücumundan müdafiə sistemini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərərgahı məlumat yayıb.

Bildirilib ki, müharibə başlayandan indiyədək Rusiyanın 207 910 hərbçisi zərərsizləşdirilib.

İstinadlar Report