
“Qarşıdakı iki ay ərzində Rusiya-Ukrayna müharibəsinin taleyi üçün həlledici olacaq. Qarşıda bizi daha ağır döyüşlər gözləyir”.
Bunu “Sky nyus”a müsahibəsində Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov deyib.
Onun sözlərinə görə, Rusiya böyük eskalasiyaya hazırlaşır. O.Danilov bunun qarşıdakı 2-3 həftə ərzində baş verə biləcəyini söyləyib. Təhlükəsizlik Şurasının sədri həmçinin bildirib ki, ən ağır döyüşlər hələ qarşıdadır.
O.Danilov Qərbin müttəfiqlərini Kiyevə daha çox hərbi dəstək verməyə çağırıb. O vurğulayıb ki, Rusiya müharibənin ildönümü ərəfəsində (red: fevralın 24-ü) şimaldan, cənubdan və şərqdən yeni hücuma keçə bilər: